Lavrov: “Rusiya ABŞ-ın Asiyada RƏM sistemləri yerləşdirməsindən narahatdır”

2017/11/150950346445645_1511531638.jpg
Oxunub: 492     21:52     24 Noyabr 2017    
“Rusiya ABŞ-ın Asiyada raket əlaeyhinə müdafiə sistemlərini yerləşdirməsindən narahatdır, bu təhlükəsizliyin təmin edilməsinə səbəb olmur”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Birləşmiş Ştatların regionda Amerika raket əleynilə müdafiə qlobal sistemin elementlərini yerləşdirmək planı üzrə aktiv şəkildə realizə etiyi təcrübə narahatlıq doğrurur. Və bu fəaliyyət Asiya-Sakit Okean regionunda təhlükəsizliyə neqativ təsir edir”, - deyə Lavrov Yaponiya xarici işlər naziri Tara Kono ilə görüşünün nəticələri üzrə mətbuat konfransında bildirib.

Xatırladaq ki, 2016-cı ilin iyul ayında ABŞ və Cənubi Koreya 5 ay davam edən danışıqlardan sonra THAAD sistemlərinin yerləşdirilməsi barədə razılığa gəliblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: THAAD   ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin