Donbasda qanlı döyüşlər başladı - 22 ölü, 13 yaralı

2017/11/Без-названия34534_1511522975.jpg
Oxunub: 439     19:27     24 Noyabr 2017    
Dünən baş verən qarşıdurma nəticəsində Donbasda Ukrayna Silahlı Qüvvələrinin 5 hərbi qulluqcusu həlak olub, daha 4 əsgər isə yaralanıb.

Ordu.az “interfax.com.ua” saytına istinadən xəbər verir ki, bu barədə “Terrorla Mübarizə Əməliyyatı”(TMO) qərargahının mətbuat mərkəzindən yayılan məlumatda bildirilib.

TMO-nun mətbuat mərkəzi tərəfindən bu gün səhər saatlarında “Facebook” səhifəsində qeyd edilib:

“Ümumilikdə ötən gün ərzində bütün təmas xəttində düşmən tərəfindən atəşkəs rejiminin 7 dəfə pozulması faktı qeydə alınıb. Demək olar ki, hər bir halda Ukrayna Silahlı Qüvvələri cavab atəşi ilə cavab verib. Təəssüf ki, 5 Ukrayna əsgəri hələk olub, daha 4 əsgər isə yaralanıb. Bir əsgərin vəziyyəti ağırdır. Düşmən tərəfinin itkiləri isə 17 nəfərdir: 8 ölü, 9 yaralı.”

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin