İraq ordusu Tikrit əməliyyatına başladı

2017/11/Iraqi-fighters-650x45534534_1511522318.jpg
Oxunub: 395     19:17     24 Noyabr 2017    
İraq ordusu Tikriti İŞİD terrorçularından azad etmək üçün əməliyyatlara başlayıb.

Ordu.az saytı “İraqnews” agentliyinə istinadən xəbər verir ki, İraq ordusu hazırda Tikrit adasından başlayaraq dörd istiqamətdə irəliləməyə başlayıb.

9-cu briqadanın komandanı, General Mayor (Briqada Generalı) Valid Xəlifə cümə günü “Alghada Press”ə açıqlama verib: “Bugünki irəliləyişin məqsədi Neynəvə və Anbar vilayətləri yaxınlığındakı Tikriti azad etməkdir. İraq ordusu bütün ərazilərini İŞİD terrorçularından geri almaqda qərarlıdır”

Xəlifə həmçinin qeyd edib ki, cümə axşamı aparılan əməliyyatlar nəticəsində İŞİD silahlıları bir neçə kənddən sıxışdırılaraq çıxarılıb.

Bu ayın əvvəlində İŞİD-in Anbar vilayətindəki sonuncu sığınacağı da ələ keçirildikdən sonra İraq qüvvələri İŞİD-in regional təsirinin aradan qaldırıldığını elan edib. Lakin İraqın baş naziri Heydər əl-Abadi bildirib ki, yekun qələbə yalnız Anbar, Səlahəddin və Neynəvə arasındakı səhra ərazisinin terrorçulardan tamamilə təmizlənməsindən sonra elan edilə bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tikrit   İŞİD  


Bizi "telegram"da izləyin