Ordu.az xəbər verir ki, bu barədə “The Times” nəşri bəyan edib.
HSM “Diamond” gəmisi limana qayıtmadan öhdəsindən gələ bilməyəcəyi problemlərlə üzləşib. Bildirilir ki, bu nasazlıq gəminin vintləri ilə bağlıdır.
Beləliklə, hazırda 6 ədəd Britaniya esminesi döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün yararlı vəziyyətdə deyillər.
Krallığın digər 5 ədəd esminesi hazırda Portsmutda əsaslı təmirdədir. Təmir çərçivəsində həmçinin mühərrikləri isti iqlimə uyğunlaşdırmaq üçün işlərin aparılması planlaşdırılır.
Ağalar Qəribov
Ordu.az