ABŞ Cənubi Koreyaya 6 ədəd F-22 “Raptor” qırıcısı yollayıb

2017/11/F-22_1511513412.jpg
Oxunub: 520     16:49     24 Noyabr 2017    
ABŞ Cənubi Koreyaya növbəti ayda baş tutacaq birgə təlimlər üçün 6 ədəd F-22 “Raptor” qırıcısı göndərməyi planlayır.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“ABŞ Hərbi Hava Qüvvələrinin 6 ədəd F-22 qırıcısı Cənubi Koreya ilə Birləşmiş Ştatların 4-8 dekabrda baş tutacaq “Vigilant Ace” təlimlərə qoşulacaq”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, qırıcılar ABŞ-ın Okinavadakı bazasından gələcəklər. Həmçinin böyük ehtimalla 4-ə qədər F-35 qırıcıları da təlimlərə qoşulacaq.

Məlumatda bildirilir ki, bu, ABŞ-ın eyni anda 6 qırıcı yolladığı ilk belə haldır. Bu isə KXDR-ə iki müttəfiq ölkənin gücünün nümayiş etdirilməsi ilə əlaqələndirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   F-22  


Bizi "telegram"da izləyin