“Rusiya Suriyadakı qüvvələrini ilin sonunadək azaldacaq” - Valeri Gerasimov

2017/11/f894b99a-f73c-4257-80a5-ec158e2ad40e56456_1511506909.jpg
Oxunub: 420     14:58     24 Noyabr 2017    
“Rusiya Suriyadakı qüvvələrini ilin sonuna qədər azaldacaq”.

Ordu.az Rusiya KIV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

O, tamamlanmamış bir neçə missiyanı da başa vurduqdan sonra Suriyadakı rus qoşunlarının ilin sonunadək azaldılacağını bildirib.

“Qarşıya qoyulmuş hədəfin tamamlanmasına çox az qalıb. Əlbəttə, qərar ən sonda Ali Baş Komandan tərəfindən veriləcək və Suriyadakı hərbi yerləşmə azaldılacaq”, - deyə Gerasimov bildirib.

Xatırladaq ki, Rusiya təyyarələri Suriya hökumətinin istəyinə əsasən 2015-ci ilin sentyabrından bu yana Suriyadakı İŞİD və digər terrorçu qüvvələrinə qarşı hava zərbələri endirir.

2016-cı ilin martında Putin ordunun Suriyadan çəkilməsini əmr edib, lakin Əsədə qarşı müqavimət göstərən terrorçu qruplaşmalarla aparılan danışıqların uğursuzluğundan sonra qoşunlar yenidən Suriya ərazisində yerləşdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gerasimov   Suriya-böhranı  


Bizi "telegram"da izləyin