“Heç kim Türkiyədən çox İŞİD terrorçusu məhv etməyib” - Çavuşoğlu

2017/11/cavusoglu-basin-toplantisi-AA43534_1511505121.jpg
Oxunub: 566     14:28     24 Noyabr 2017    
Türkiyə hərbçiləri Suriyada keçirdikləri hərbi əməliyyatlar çərçivəsində 4000 nəfərdən çox İŞİD terror qruplaşmasının üzvünü məhv ediblər.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğu bildirib.

“Heç kim Türkiyədən çox İŞİD terrorçusu məhv etməyib”, - deyə Çavuşoğlu bəyan edib.

O əlavə edib ki, Türkiyə ölkə xaricində döyüşmək üçün 5000 nəfərdən çox hərbçi göndərib.

“Daha üç min nəfər terrorçu isə dəmir barmaqlıqlar arxasına göndərilib”, - deyə Çavuşoğlu qeyd edib.

Ağalar Ağalarov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İŞİD  


Bizi "telegram"da izləyin