Ukrayna Baş Qərargahı: “Silahlı Qüvvələr Luqanskda taktiki mövqelərini gücləndirir”

2017/11/ukrainiansoldier345345_1511504783.jpeg
Oxunub: 389     14:25     24 Noyabr 2017    
“Ukrayna Silahlı Qüvvələri Luqansk regionundakı taktiki mövqelərini gücləndirir”.

Ordu.az “Uawire.org” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından açıqlanan məlumatda bildirilib.

Məlumata görə, ordunun ayrı-ayrı bölmələri düşmənin izlənilməsi və atəşlərə cavab verilməsi baxımından öz mövqelərini yaxşılaşdırıb.

Dünən könüllü əsgər Yuri Msyaqinin “Facebook" səhifəsindəki yazısından sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Donbasda təmas xəttində sabitliyə və atəşkəsə birgə nəzarət və koordinasiya mərkəzi”nin (BNKM) Ukrayna bölməsinə istinadən bəyanat yayaraq Svidlodarsk şəhərinin Hladosove qəsəbəsinin Ukrayna ordusu tərəfindən tutulması faktını təkzib edib:

“Seperatçı qüvvələr bildirir ki, Ukrayna ordusunun bir diviziyası noyabrın 21-də gecə radələrində Hladosove qəsəbəsini ələ keçirib. BNKM-ının Ukrayna bölməsi bildirir ki, bu tipli məlumatlar həqiqəti əks etdirmir. Ukrayna ordusu yaxın günlərdə heç bir irəliləyiş əldə etməyib”

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna-ordusu  


Bizi "telegram"da izləyin