Yaponiya MN: Ölkədə RƏM sistemlərinin yerləşdirilməsi Rusiya üçün təhlükəli deyil

2017/11/1369943447234234_1511501828.jpg
Oxunub: 471     17:52     24 Noyabr 2017    
Yaponiya ərazisində Amerikanın raket əleyhinə müdafiə (RƏM) sistemlərinin yerləşdirilməsi Rusiya və Yaponiya ilə qonşu olan digər qonşu dövlətlər üçün təhlükə kəsb etmir.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Tokioda keçirilən mətbuat konfransında Yaponiya müdafiə naziri İtsunori Onodera bildirib.

“Bu təhlükəsizlik sistemi bizim vətəndaşların həyatını və mülkiyyətini mühafizə etmək üçün nəzərdə tutulub. O, Rusiya da daxil olmaqla qonşu dövlətlər üçün təhlükə daşımır”, - deyə Onodera bu gün Rusiya və Yaponiya xarici işlər nazirləri Sergey Lavrov və Taro Kononun görüşü ilə əlaqədar olaraq Rusiya XİN-in bəyanatı şərh edərək vurğulayıb.

Yaponiya müdafiə naziri həmçinin qeyd edib ki, görüşdə ABŞ raket əleyhinə müdafiə sistemlərinin Asiya-Sakit Okean regionunda yerləşdirilməsi məsələsi də müzakirə olunacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın bu yaxınlarda Yaponiyaya baş tutan səfəri zamanı ölkənin baş naziri Sondzo Abe Yaponiyanın KXDR təhlükəsi ilə əlaqədar olaraq Birləşmiş Ştatlardan daha çox silah alacağını bəyan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   RƏM   Rusiya  


Bizi "telegram"da izləyin