Suriyada son 24 saat: SQQ Dəməşqdə gedən önəmli təchizat yollarını bağlayır

2017/11/manar-0490258001474805274234534_1511448521.jpg
Oxunub: 564     22:46     23 Noyabr 2017    
Suriya Quru Qoşunları cənub-qərbi Dəməşq ərazisində terrorçuların əsas bazasına gedən önəmli təchizat yollarını bağlayır.

Ordu.az xəbər verir ki, son məlumatlara görə, xeyli sayda terrorçu öldürülüb və yaralanıb, digərləri isə döyüş zonasından qaçıblar.

Həmçinin son 24 saat ərzində Suriya ordusunun bölmələri şərqi Qoutadakı iki əsas terrorçu qrupun mövqelərinə hücum edərək onları geri çəkilməyə vadar edib. Üstəlik bölgədəki mənbələr təsdiq edirlər ki, qruplaşmaların bir yüksək rütbəli komandiri məhv edilib.

Hələb: Suriya Ordusu Cənub-şərqi Hələbdə “Əl-Nüsra Cəbhəsi”nin mövqelərinə hücum edərək, bir kəndi və bir yüksəkliyi azad edib.

Ərəb mediasının çərşənbə günü verdiyi məlumata görə, PYD terrorçuları Hələb vilayətinin bir neçə tarixi bölgəsini ələ keçirmiş və bir çox incəsənət nümunəsini, vilayətin şimalındakı ABŞ bazasına köçürüblər.

Həma: Çərşənbə günü İŞİD bir daha rəqibi - şimal-şərqi Həmadakı “Əl-Nüsra Cəbhəsi” terror qruplaşmasının mövqelərinə hücum edərək 3 kəndi ələ keçirib.

Deyr əz-Zor: Suriya ordusunun əsgərləri Cənub-Şərqi Deyr əz-Zor şəhərində İŞİD-in bazalarına hücum edərək, əl-Mayadin şəhərini Əbu-Kamal şəhərinə birləşdirən yol boyunca 40 km məsafədə bir neçə şəhər və kənd üzərində nəzarəti ələ keçirib.

İdlib: Yerli mənbələr bildirir ki, çərşənbə günü Türkiyə ordusu PYD-yə qarşı ehtimal olunan döyüşdə istifadə etmək üçün hərbi karvanı İdlibə göndərib.

Məlumata görə, İdlibdəki Türkiyə qüvvələri şimal-qərbi Hələbdə hal-hazırda PYD-nin nəzarət etdiyi Afrin kantonu yaxınlığındakı iki ayrı zonada yerləşdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   SQQ   İŞİD  


Bizi "telegram"da izləyin