Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının informasiya şöbəsi üzrə komitəsinin rəhbəri Aleksey Puşkov bəyan edib.
Daha öncə Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib ki, BMT ABŞ-a Suriya ərazisində hərbi qüvvələri saxlamaq barədə icazə verib, belə ki, İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə qətnamə qəbul edib.
Onun sözlərinə görə, Amerika ordusu Suriyada ölkənin olduğu böhranın diplomatik yolla həllini dəstəkləmək üçün qalacaq.
“Mettis izah edib ki, ABŞ ordusu Suriyada İŞİD-lə mübarizə üçün qalacaq. İndi isə öyrənirik ki, onlar Suriyada İŞİD-in məhvindən sonra da qalacaqlar. Bir sözləri belə həqiqətə uyğun deyil”, - deyə Puşkov “Twitter” hesabında yazıb.
Ağalar Qəribov
Ordu.az