Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyi ikinci Asiya şöbəsinin direktoru Zamir Kabulov bəyan edib.
Daha öncə Əfqanıstan müdafiə nazirinin səlahiyyətlərini icra edən Tarik Şah Bəhrami juranlistlərə Əfqanıstanın NATO-nun üzv dövlətlərindən helikopterlər əldə etdiyi üçün daha Rusiya helikopterlərinə ehtiyac duymadığını, rus istehsalı olan maşınlara keçid müddətində başqa ölkələr tərəfindən texniki xidmət göstərildiyini bildirib.
Qeyd edək ki, Əfqanıstanda son aylarda vəziyyət xüsusilə pisləşib. “Taliban” terror təşkilatı böyük şəhərlərə hücumlar təşkil etməkdən çəkinmir. Həmçinin ölkə ərazisində İŞİD üzvlərinin sayı da artmaqdadır.
Ağalar Qəribov
Ordu.az