Çili sualtı gəminin axtarışlarına kömək üçün gəmi göndərib

2017/11/150943050645645_1511436750.jpg
Oxunub: 520     19:31     23 Noyabr 2017    
Çili hökuməti Argentinyaya noyabrın 15-də itkin düşən “San-Xuan” sualtı gəmisinin axtarışlarına kömək göstərmək məqsədilə gəmi göndərib.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çili XİN bəyan edib.

“Çili Hərbi Dəniz Qüvvələri noyabrın 21-də Argentina Hərbi Dəniz Qüvvələrinin itkin düşən sualtı gəmisinin axtarışlarına kömək üçün bir ədəd AGS 61 gəmisi göndərib”, - deyə bəyanatda bildirilir.

Həmçinin qeyd olunub ki, Çili gəmisi “lazım gəldiyi qədər” Argentinada qalacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ÇiliSualtı-gəmi  


Bizi "telegram"da izləyin