Kabil Rusiya və ABŞ-ın əməkdaşlığı bərpa edəcəyinə ümidvardır

2017/11/1490295955456456_1511436624.jpg
Oxunub: 473     19:29     23 Noyabr 2017    
Rəsmi Kabil ümid edir ki, tezliklə Əfqanıstana dair Rusiya və ABŞ arasında əməkdaşlıq bərpa olunacaq.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Məhəmməd Atmar jurnalistlərə bildirib.

O xatırladıb ki, ABŞ Əfqanıstan üçün Rusiya istehsalı olan Mi-17 helikopterlərinin alınmasına milyonlala dollar xərcləyib, bu isə Ədqanıstanın təhlükəsizlik strukturlarının səviyyəsinin yüksəldilməsinə böyük təkan verib.

“Və bu, Rusiya ilə Birləşmiş Ştatların Əfqanıstan üzrə əməkdaşlığının gözəl nümunəsi idi. Ümid edirik ki, oxşar əməkdaşlıq bütün mümhüm müttəfiqlər arasında bərpa olunacaq”, - deyə Atmar bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   ABŞ  


Bizi "telegram"da izləyin