Misir ordusudan İŞİD-ə zərbə: 10 avtomobil məhv edildi

2017/11/KMO_088197_192873_1_t218_181427_1511434968.jpg
Oxunub: 496     19:03     23 Noyabr 2017    
Misir ordusu Liviya sərhədində silah daşıyan İŞİD-ə məxsus 10 avtomobili məhv edib.

Ordu.az saytının “news24” agentliyinə istinadən xəbər verir ki, bu barədə Misir müdafiə nazirliyinin mətbuat katibi Tamer al-Rafay fecebook səhifəsində yazıb.

O, hərbi hava qüvvələrinin sərhəd yaxınlığında qaçaqmalçılara və cəsuslara ağır zərbə endirdiyini və Misirə silah və mərmi gətirilməsinin qarşısının alındığını açıqlayıb.

Xatırladaq ki, Misir Təhlükəsizlik qüvvələri Sina yarımadasının şimalında yerləşən İŞİD-in Misir qoluna qarşı vuruşurlar.

Rəsmi Qahirə dəfələrlə Misirdə fəaliyyət göstərən terrorçuların Liviya ərazisində təlim görməsi barədə bəyanatlar səsləndirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Misir   Suriya  


Bizi "telegram"da izləyin