Baltikyanı ölkələr İŞİD-ə qarşı mübarizəyə qoşulur

2017/11/inx960x64023423_1511433515.jpg
Oxunub: 500     18:36     23 Noyabr 2017    
Baltikyanı ölkələr Yaxın Şərqdə İŞİD terror qruplaşmasına qarşı mübarizədə iştirak etmək üçün danışıqlar aparır.

Ordu.az ru.delfi.lt saytına istinadən xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələrinin komandanı Yonas Vitautas Jukauskas bəyan edib.

Litva İraqa Xüsusi Əməliyyat Qüvvələrini yollamağa hazırlaşır.

Litva Silahlı Qüvvələrinin komandanı, general-leytenant Yonas Vitautas Jukauskas bildirib ki, Litva, Latviya və Estoniya birgə xüsusi əməliyyat eskadronunun göndərilməsi planından imtina ediblər, lakin hazırda əməkdaşlığın başqa növlərinə danışıqlar aparılır.

“Əvvəlcə ümumi eskadronun yaradılması planı var idi, lakin indi planlar bir qədər dəyişib”, - deyə Jukauskas bildirib.

O həmçinin qeyd edib ki, istənilən halda ümumi birləşmə yaradılacaq.

Litva müdafiə naziri Raymundas Karobolis qeyd edib ki, yaradlan Xüsusi Əməliyyat Qüvvələrinə Litva və Latviya qoşulacaq, Estyoniya isə fərqli ordu ilə təmsil olunacaq.

Orduların İraqa göndərilməsi prosesi növbəti ilin əvvəllərindən başlanacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Baltikyanı  


Bizi "telegram"da izləyin