Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Məqalədə qeyd olunur ki, İŞİD yaxın gələcəkdə məğlub edilməsi qaçınılmazdır. Bundan sonra ABŞ hərbi xidmətçiləri ölkə ərazisində qalmaq üçün hüquqi əsasları itirəcəklər. Amerika əsgərlərinin çıxarılması Bəşər Əsəd qüvvələrinə Suriyanın digər rayonlarında da mövqeləri nəzarət altına almağa imkan verəcək, bu isə Tehranın da arzuladığı kimi, Suriya prezidenti üçün “siyasi sağ qalmanın” zəmanəti olacaq.
“Onların sözlərinə görə, belə gedişatın qarşısını almaq üçün ABŞ-ın vəzifəli şəxsləri, PYD-yə İŞİD-lə mübarizədə dəstək verdikləri Suriyanın şimal ərazisində öz qoşunlarının mövcudluğunu davam etdirməyi planlaşdırırlar”, - deyə bildirilir.
Məlumatda həmçinin vurğulanır ki, Vaşinqton həmin ərazidə Dəməşqə aidiyyəti olmayan yeni idarəetmə strukturları yaratmaq istəyir.
Ordu.az