ABŞ eksperti: “ABŞ aviasiyası praktiki olaraq əzəmətini itirir”

2017/11/full-samolet-1510330625645645_1510391245.jpg
Oxunub: 398     17:52     11 Noyabr 2017    
Ordu.az politexpert.net saytına istinadən xəbər verir ki, bu barədə ABŞ aviasiyasının veteranı, hərbi əməliyyatlar iştirakçısı, geosiyasət və müdafiə sahəsində ekspert Con Veneybl Amerikanın “National Interest” jurnalına Birləşmiş Ştatlar aviasiyasının problemlərindən danışarkən bildirib.

Keçmiş pilotun fikrinə görə, ABŞ-ın Hərbi Hava Qüvvələri böhranlı vəziyyətdədir. Əsas problem isə uçuş heyəti ilə bağlıdır. Coy Veneybl bildirib ki, Amerika ordusunda kifayət qədər ixtisaslaşmış pilot yoxdur. Bu səbəbdən ABŞ prezidenti Donald Tramp 1000 nəfər ehtiyatda olan pilotun xidmətə çağırılmasının mümkünlüyü barədə əmr imzalayıb. Veteran hesab edir ki, bu qərar uçuş heyətinin hazırlıq müddətini aşağı salacaq, ancaq uzunmüddətli prespektivdə bunu problemin həlli kimi qəbul etmək olmaz.

ABŞ aviasiyasının daha bir problemi gənc pilotların ABŞ ordusunda xidmət etmək istəyinin olmaması ilə bağlıdır. Bunun üçün bir neçə səbəb var.

İlk növbədə, hərbi xidmətçiləri maddi təminat qane etmir və pilotlar kommersiya xarakterli aviaşirkətlərə üz tuturlar. Orada pilotları uğurlu karyera, ən yaxşı həyat səviyyəsi və yüksək sosial mövqe gözləyir. Şəxsi şirkətlər ildə 150 min dollar maaş verə bilirlər. Ordu isə pilotlara bu qədər pul vəsaiti ödəmək imkanına malik deyil.

İkincisi, hansısa səbəblərə görə, gənclər ABŞ-ın total hərbiləşdirmə siyasətini dəstəkləmir və dünyanın ən böyük ordusunun tərkib hissəsi olmaq istəmirlər.

Üçüncüsü, ABŞ Hərbi Hava Qüvvələri aşağı uçuş standartlarına malikdir ki, bu da pilotların bacarıqlarının aşağı düşməsinə səbəb olur. Pilotlar həftədə üç gündən az olmayaraq trenajorlarla məşq etməlidirlər, lakin bu norma təmin edilmir.

Sonda Veneybl qeyd edib ki, ABŞ aviasiyası praktik olaraq əzəmətini itirir. Belə ki, ordu şərtləri pilotları sükan çarxı arxasına oturmaq istəyindən məhrum edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin