Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, dünən terror qruplaşmasının üzvləri Hələb vilayətinin kəndlərindən Suriya ordusunun mövqelərinin toplaşdığı əl-Rəşidiyə şəhərinə istiqamətlənərək əks hücuma keçiblər.
Bir neçə saat davam edən döyüşlərdən sonra terrorçular Suriya ordusunun cəbhə xəttini yarara biliblər.
Qeyd edək ki, son iki həftə ərzində əl-Rəşidiyə şəhəri uğrunda gedən döyüşlərdə Suriya ordusu bir neçə dəfə şəhəri azad edə bilsə də, şəhər yenidən terrorçuların nəzarətinə keçib.
Ağalar Qəribov
Ordu.az