Jurnalistlər hələ ki, tankın modelini müəyyənləşdirə bilməyiblər, çünki onun bütün şəkilləri çox böyük yüksəklikdən çəkilib.
Buna görə də onlar iddia edirlər ki, bu həm 1973-cü il oktyabr müharibəsində istifadə edilən və T-55-in platforması üzərində yaradılmış MT-55, həm də T-90-ın modifikasiyası olan müasir MTU-90 ola bilər.
Əgər bu, MT-55 tanklarıdırsa, o halda üzərində quraşdırılan körpü 50 ton ağırlıq qaldırmağa qadirdir. Bu tankların istehsalı hələ 80-ci illərin ilk yarısında saxlanılıb.
MTU-90 tankları isə, 2013-cü ildə silahlanmaya qəbul ediliblər. Bu tanklar xarici ekspert və mütəxəssislərin diqqətini çəkdiyi “Armiya-2017” sərgisində də nümayiş olunub. Hazırda bu körpüdüzənlər orduda köhnəlmiş mühəndis maşınlarını əvəz edir.
Ağalar Qəribov
Ordu.az