Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də baş tutacaq Soçi görüşündə Suriyadakı vəziyyəti və terrorizmlə mübarizə məsələlərini müzakirə edəcəklər.
Görüş zamanı, Qarabağ münaqişəsinin də müzakirə ediləcəyi istisna edilmir.
Xatırladaq ki, Ərdoğan daha öncə verdiyi bəyanatda, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi təşəbbüslə çıxış edəcəyini bildirib.
"Azərbaycana dəstək verilməsi və ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq. Təbii ki, bu nəinki erməni lobbisini deyil, Qərbdə bəzi qüvvələrin də narahatlıqlarına səbəb olacaq", - deyə Türkiyə prezidenti qeyd edib.
Ağalar Qəribov
Ordu.az