Türkiyə Hərbi Hava Qüvvələri İraqda 69 terrorçunu məhv edib - Yenilənib

2017/11/thumbs_b_c_6e628ea54e18cedcd4655c03ee2a8f34345345_1510314721.jpg
Oxunub: 522     19:51     10 Noyabr 2017    
Noyabrın 3-də Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimal hissəsində PKK terror təşkilatının obyektlərinə endirdiyi zərbələr nəticəsində 69 terrorçu məhv edilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, PKK-ya qarşı keçirilən əməliyyat kəşfiyyat məlumatları əsasında gerçəkləşdirilib və nəticədə terrorçulara ağır zərbə endirilib.

“Noyabrın 3-də İraqın şimalında yerləşən Qəndil, Zap və Asos rayonlarında keçirilən hava əməliyyatı zamanı PKK terror təşkilatının 69 üzvü zərərsizləşdirilib”, - deyə Türkiyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Regiondan əldə olunan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyatından sonra terrorçular öz düşərgələrinə girişi bağlayıblar, bu isə həlak olan və yaralananlar barədə məlumatın sızdırılmasının qarşısını almaq üçün edilən tədbirdir.

Daha öncə zərbə nəticəsində 27 terrorçunun məhv edilməsi xəbər verilirdi.

Zərbə nəticəsində həmçinin terrorçuların silah və sursatlarının saxlanıldığı 2 anbar, 4 ədəd nəqliyyat vasitəsi və iki qumbaraatan məhv edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PKK   Terror   İraq  


Bizi "telegram"da izləyin