Suriyada “Nüsra Cəbhəsi” terrorçularının qərargahı məhv edildi

2017/11/maxresdefault1345345345_1510313875.jpg
Oxunub: 459     19:35     10 Noyabr 2017    
Rusiya Aerokosmik Qüvvələri Həmas vilayətinin şimal-şərq hissəsində “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmaasının böyük dəstəsini məhv ediblər.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Suriya KİV-ləri Rusiya pilotlarının Həmasın şimal-şərqində uğurlu aviahücum həyata keçirmələri barədə məlumat yayıb.

Bildirilir ki, dəqiq kəşfiyyat məlumatları əldə edildikdən sonra Rusiya təyyarəçiləri terrorçuların qərargahına raket-bomba zərbəsi endiriblər. Hücum nəticəsində “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının biri sahə komandiri olmaqla, 13 üzvü məhv edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ən-Nüsra   Terror   Suriya-böhranı  


Bizi "telegram"da izləyin