Donbasdakı Ukrayna qoşunlarına keçmiş rus hərbçisi rəhbərlik edəcək

2017/11/86_wide345345_1510306499.jpg
Oxunub: 385     17:46     10 Noyabr 2017    
Ukrayna Silahlı Qüvvələrinin Donbasda yerləşən silahlı birləşmələrinin yeni komandanı general-leytenant Mixail Zabrodskiy təyin edilib.

Ordu.az “Rossiyskaya qazeta” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Antiterror Əməliyyatı qüvvələri”nin yeni komandanı rotasiya planları çərçivəsində təyin edilib. Bu təyinata qədər o, Ukraynanın hava-desant qüvvələrinə rəhbərlik edib.

Mixail Zabrodskinin 44 yaşı var. O, Dnepropetrovskda, hərbçi ailəsində anadan olub. 1994-cü ildə Mojayski adına Sankt-Peterburq Hərbi Kosmik Akademiyasını bitirib. Bundan sonra müqavilə əsasında 5 il müddətində Rusiya ordusunda xidmət edib. Ardınca ABŞ-da, Ordu Komandanlığı və Qərargah Rəhbərlərinin Birləşmiş Komandanlığı Kollecində təhsil alıb. Daha sonra Kosovoda Ukrayna kontingentinə komandanlıq edib. Ukraynaya qayıtdıqdan sonra, 2014-cü ildə Slavyanskı müdafiə edən 95-ci aeromobil briqadasına rəhbər təyin olunub. Əməliyyatlarda göstərdiyi şücaətə görə, Ukrayna Qəhramanı adına layiq görülüb. 2015-ci ilin martında Ukrayna Silahlı Qüvvələrinin desant hissəsinin komandanı təyin edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin