"Rusiya NATO"su Tacikistan-Əfqanıstan sərhəddində təlimlər keçirir - Yenilənib

2017/11/1023503052456456_1510306184.jpg
Oxunub: 507     17:28     10 Noyabr 2017    
Bu gün Tacikistanın Əfqanıstan yaxın sərhədyanı bölgələrində Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv qüvvələrinin, dağlıq ərazilərdə qeyri-qanuni silahlı birliklərin ləğv edilməsinə dair birgə təlimi başlayıb.

Ordu.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, təlimlər noyabrın 20-dək davam edəcək. Təlimlərin aktiv mərhələsində KTMT-nin baş katibi Xaçaturovun da iştirak edəcəyi gözlənilir.

KTMT-nin katibliyindən məlumat verilib ki, manevrlər “qəti müdafiə xaraketeri”nə malikdirlər və “Sarsılmaz qardaşlıq-2017”nin operativ-strateji təlimlərinin yekun mərhələsini təşkil edirlər.

Təlimlərin əsas məqsədi KTMT-nin Kollektiv qüvvələrinin Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsində idarəetmə sisteminin mükəmməlləşdiriməsi, həmçinin müxtəlif dövlət və səviyyələrin qərargahları arasında əlaqələrin operativliyinin yaxşılaşdırılmasından ibarətdir.

“Əfqanıstan sərhəddinin bilavasitə yaxınlığında yerləşən 5 Tacikistan poliqonunda keçirilən təlimlər çərçivəsində atıcı silahların, aviasiyanın və raket əleyhinə müdafiə sistemlərinin istifadə edilməsi ilə taktiki epizodlar üzərində tapşırıqlar yerinə yetiriləcək”, - deyə KTMT-nin katibliyindən qeyd ediblər.

Təlimlərdə KTMT-yə daxil olan bütün ölkələrin – Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistanın hərbi qüvvələri iştirak edəcəklər. Həmçinin, təlimlərdə 5 mindən çox hərbçi, 60 təyyarə və helikopter, 1500-dən çox silah, hərbi və xüsusi texnika, o cümlədən “İskəndər” raket kompleksləri və PUA-lar iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Tacikistan  


Bizi "telegram"da izləyin