Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Ordusunun komandirlərindən biri məlumat yayıb.
Hərbçinin sözlərinə görə, Suriya ordusu artıq şəhəri İŞİD tərəfindən quraşdırılan partlayıcı qurğulardan təmizləmək üçün əməliyyatlara başlayıb.
Suriya ordusunun nümayəndəsinin qeyd etdiyi kimi, terrorçular hökumət qüvvələrinin, həmçinin Hmeymi və Xüms istiqamətində müttəfiq qüvvələrin kütləvi hücumundan qorxaraq qaçırlar. Onun sözlərinə görə, terrorçular Fəratı keçərək çayın şərqində yerləşən Əl-Sukariya kəndinə doğru istiqamətləniblər.
Ağalar Qəribov
Ordu.az