Ordu.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
Tramp qeyd edib ki, Rusiya prezidenti ilə görüş 6-11 noyabr tarixlərində Vyetnamda keçiriləcək Asiya-Sakit Okean Əməkdaşlıq sammiti çərçivəsində baş tuta bilər. Amerikalı lider bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Onlar Şimali Koreya və Suriya məsələlərində bizə yardım edə bilərlər. Ukrayna barəsində də danışmalıyıq”, - deyə Tramp bildirib.
Ağalar Qəribov
Ordu.az