Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu gün Cənubi Koreyanın kəşfiyyat xidməti KXDR-nin yeni nüvə və raket sınaqları keçirə biləcəyi barədə bəyanat yayıb.
Xidmətin məlumatına görə, Pxenyanda yerləşən Raket Tədqiqatları Mərkəzinin yanında maşınların “aktiv hərəkəti” müşahidə olunub. Həmçinin, Pungeri” poliqonunda 3-cü tunelin “istənilən an” nüvə sınağı keçirməyə hazır olduğu bildirilir.
Kəşfiyyat xidməti əlavə edib ki, sentyabrın 3-də keçirilən sınaqlarla əlaqədar olaraq, KXDR-nin nüvə sınağı meydançalarından biri zədələnə bilər.
Ağalar Qəribov
Ordu.az