Hələbdə 200-ə yaxın terrorçu təslim oldu

2017/11/suriyada-yuzlerle-terrorcu-silahi-yere-qoyaraq-teslim-oldu-11356345345_1509606646.jpg
Oxunub: 475     15:08     02 Noyabr 2017    
Hələb vilayətinin şimalında 200-ə yaxın terrorçu hökumət qüvvələrinə təslim olub.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Münaqişə Edən Tərəflərin Barışığı Mərkəzinin nümayəndəsi Soslan Tseboyev məlumat verib.

Məlumata görə, təslim olan terrorçular nəzarət-buraxılış məntəqəsindən çıxarılıb. Əməliyyat zamanı, Rusiyanın hərbi polisi təhlükəsizliyi təmin edib.

Tseboyev həmçinin əlavə edib ki, terrorçuların təslim olması barədə silahlı birliyin lider və rəhbərləri ilə razılığa gəliblər. Beləlikə, 198 nəfər şəxs silahsız şəkildə təslim olub. Onlardan bəziləri yaralanıb.

Mərkəzin nümayəndəsi qeyd edir ki, terrorçuların əksər hissəsi terror hadisələrində iştiraklarını inkar edirlər. Suriya hökumət qüvvələrinə təslim olan terrorçular avtobuslar vasitəsilə Hələb şəhərinə göndəriliblər. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təkrar yoxlamadan keçiriləcəklər.

Ağaslar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   İŞİD   Terror  


Bizi "telegram"da izləyin