Suriya ordusu Əbu-Kamalın 50 kilometrliyinə çatdı

2017/11/orig-15095331616cfe4f9a09b9e344ff1ee648d3bf9222345345_1509542126.jpeg
Oxunub: 421     21:13     01 Noyabr 2017    
Bu gün Suriya ordusu Deyr əz-Zor vilayətinin cənub-şərqində "Valfajr 3" əməliyyatını davam etdirərək, İraqla sərhəddəki İŞİD mövqelərinə daha da yaxınlaşıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya ərəb ordusunun komandanlığı, hökumət qüvvələrinin İŞİD terror qruplaşmasının mövqelərinə hücumları davam etdirdiklərini və terrorçuları İraqın sərhəddinə doğru daha da sıxışdırdıqlarını bildirib.

Məlumata görə, T-2 nasos stansiyasının ərazisi bütövlükdə terrorçulardan təmizlənib. Mənbənin məlumatına görə, hazırda İŞİD-in nəzarətində olan yeganə böyük yaşayış məntəqəsi Əbu-Kamal şəhərinə qədər cəmi 53 kilometr məsafə qalıb.

Qeyd edək ki, Suriya ordusu terrorçulara iki cəbhədən – həm cənub-qərbdən, həm də qərbdən hücum edəcəklər. Terrorçular Əbu-Kamalı itirəcəkləri təqdirdə, əsas mövqe və güclərini itirəcəklər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD  


Bizi "telegram"da izləyin