Finlandiyanın müdafiə naziri Gürcüstana ilk dəfə səfər edib - FOTOLAR

2017/10/22852231_1761171557248912_1942423836558504368_n-34wwk98ad0bpwaik5ki1hm_3018867372.jpg
Oxunub: 515     15:05     31 Oktyabr 2017    
Finlandiyanın müdafiə naziri Yussi Niyniste, dünən ilk dəfə rəsmi səfərlə Tilflisə gəlib.

Ordu.az “Novosti-Qruziya” informasiya agentliyinə istinadən xəbər verir ki, Niynistenin səfəri, cari ilin yanvar ayında Gürcüstanın müdafiə naziri Levan İzoriyan tərəfindən Finlandiyaya edilən səfərə qarşılıq kimi qiymətləndirilir.

Gürcüstanlı nazir Levan İzoriya finlandiyalı həmkarı ilə görüşdə, Gürcüstan Müdafiə Nazirliyinin 2018-ci ildə pilot rejimdə amerikan ehtiyat ordu sisteminin tətbiq edilməsini planlaşdırması barədə məlumat verib. O, bu məsələdə Finlandiya təcrübəsinin öyrənilməsinin mühümlüyünü də xüsusilə qeyd edib.

Gürcüstanda silahlı qüvvələrin ehtiyat hissələrinin yaradılması və mobilləşməsi kosepsiyası üzərində iş bir neçə il əvvəl – hələ keçmiş müdafiə naziri Tinatin Xidaşelinin dövrünə başlanıb. Bu məsələni tənzimləyən sənəd Gürcüstanda 3 növ ehtiyatın yaradılmasını nəzərdə tutur: ordunun ehtiyatı, ərazi ehtiyatı və mütəxəssislərin ehtiyatı. İl ərzindəki xidmət günlərinin sayı 45-60-ı aşmamalıdır.

Gürcüstanın müdafiə naziri NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Mərkəzində işləmək üçün göndərilən ekspertə görə də Finlandiyaya təşəkkürünü bildirib.

Qeyd edək ki, mərkəz 2015-ci ilin avqustunda “Krtsanisi” (Tiflis yaxınlığında) Milli Təlim Mərkəzinin nəznində yaradılıb. 2016-cı ilin yayında Gürcüstanın keçmiş müdafiə naziri Tinatin Xidaşeli Gürcüstanda icbari hərbi xidmətə çağırışı ləğv edib. Lakin, Levan İzoriya vəzifəyə gəldikdən sonra icbari hərbi xidməti yenidən bərpa edilib.

Finlandiyanın müdafiə naziri, İzoriyanın bu qərarını dəstəkləyərək əlavə edib ki, icbari hərbi xidmət müdafiə imkanlarının möhləmləndirilməsi baxımından ən effektiv üsullardan biridir.






Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   NATO   Finlandiya  


Bizi "telegram"da izləyin