Erməni əsgər anaları: "Övladlarımızı hərbi xidmətə göndərməyəcəyik"

2017/10/1497346678_3_1509183742.jpg
Oxunub: 548     18:00     28 Oktyabr 2017    
Aprel döyüşlərində məhv edilən erməni hərbi qulluqçuların anaları artıq nəinki qanunların işləməməsindən, o cümlədən övladlarının hərbi xidmətə aparılacağından narahatdırlar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı, 4 aprel 2016-cı ildə məhv edilən erməni əsgəri Aramayis Mikayelyanın anası Lilit Avaqyan bildirib.

O, heç bir halda ikinci oğlunun orduya çağırılmasına imkan verməyəcəyini bildirib: "İndi bəyan edirəm ki, qoy heç kim səhv edib, oğlumun orduya xidmət üçün çağırılması ilə bağlı qapımızı döyməsin. Mənim orduya göndərəcək ikinci oğlum yoxdur. Aramayis bu ölkə üçün artıqlaması ilə xidmət edib və ikinci oğlum orduya getməməlidir. Mən dəqiq bilmək istəyirəm ki, doğrudan da qanun işləyir və ikinci oğlumu orduya göndərməyim. Bizim formalaşmış ordumuz yoxdur ki, mən ikinci oğlumu da orduya göndərim. Bizə deyirlər ki, fəxr edin, qəhraman analarısınız. Mən fəxr etmirəm. Oğlum xidmət edib, geri qayıtsaydı fəxr edərdim" - deyə erməni əsgərin anası bildirib.

Aprelin 2-də məhv edilən digər erməni əsgəri Jora Yesayanın anası Marine Hakobyan isə,heç bir halda üçüncü oğlunu orduya göndərməyəcəyini deyib: "Hadisələr vaxtı ikinci oğlum Kəlbəcərdə xidmət edirdi. Joranın hadisəsindən sonra, onu Üçmüədzinə gətirdilər. Üçüncü oğlumun xidmətə getməsi üçün heç bir halda icazə verməyəcəm".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Əsgər-anaları   Etiraz  


Bizi "telegram"da izləyin