Ukrayna ABŞ-dan yeni silah tədarükü gözləyir

2017/10/1506010037-3884-petr-poroshenko-i-donald-tramp_1509101033.jpg
Oxunub: 458     18:44     27 Oktyabr 2017    
Rəsmi Kiyev Vaşinqton tərəfindən yeni silah tədarükünün təsdiqlənməsini gözləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukraynalı deputatlar Ağ Evdən uzun müddət gözlənilən, yeni silah tədarükünün aparılacağına ümid etdiklərini bildiriblər.

Məsələ ilə bağlı, Ukrayna parlamentinin üzvü və hərbi alt komitənin sədri Artur Gerasimov “Assoşeyted press” agentliyinə verdiyi müsahibəsində bildirib: "ABŞ-Ukrayna münasibətlərinin sürətlənməsindən həqiqətən məmnunuq. Xüsusilə, Kiyev mənəvi dəstəklə bağlı deyil, "konkret razılaşmalar" əldə etmək perspektivinə görə həyəcanlıdır. Biz bu mövzuda çox yaxşı yol tutmuşuq və mən əminəm ki, bizim strateji tərəfdaşımız ABŞ bizə kömək edəcək".

Məsələ ilə bağlı ABŞ-ın hazırkı və keçmiş rəsmiləri, eləcə də konqres köməkçiləri Ukrayna üçün, hərbi yardım təyinatlı ölümcül silahların göndərilməsinə dair qərar verildiyini bildiriblər.

Mənbələr, silahlar sırasına snayper tüfəngləri, radarlar, havadan müdafiə sistemləri və hətta “Javelin” anti-tank raketləri daxil ola biləcəyini bildirirlər.

Leyla Behbudlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin