Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı “Yelk” fraksiyasını təmsil edən deputat Edmon Marukyan bildirib.
"Uzun illər orduda xidmət etməyən yüksək vəzifəli şəxslər ordunun müxtəlif bayramlarında müdafiə nazirliyinin orden və medalları ilə təltif ediliblər. Yəni hakimiyyət orduda xidmət etməməyə görə, onları həvəsləndirib. İndi isə bildirirlər ki, hər kəs hərbi xidmətə getməlidir, möhlət hüququnu ləğv edirik", - deyə erməni deputat bildirib.
Deputat layihə ilə bağlı, bərabərlik tətbiq ediləcəyi fikri ilə də razı olmadığını vurğulayıb: "Bu kasıblar üçün, məhv edilməsi mümkün olanlar üçün, bərabərlikdir".
Alpər Mövludoğlu
Ordu.az