Kanadanın qərbində genişmiqyaslı hərbi təlimlər keçirilir

2017/10/17161-1_large345345_1509095212.jpg
Oxunub: 440     17:04     27 Oktyabr 2017    
Kanada Silahlı Qüvvələrinin təxminən 2400 hərbi qulluqçusu oktyabrın 23-də ölkənin qərbində hərbi təlimlərə başlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Milli Müdafiə Nazirliyinin açıqladığı məlumatda bildirilib.

Şərti adı “Iron Ram” olan təlimlər Albert əyalətinin hərbi poliqonunda keçirilir. Təlimlərdə 1-ci Kanada mexanikləşdirilmiş briqadası, həmçinin ölkənin Silahlı Qüvvələrinin bir neçə birləşməsinin hərbi qulluqçuları iştirak edirlər.

Məlumata görə, “Iron Ram” təlimləri Kanada ordusunun hazırlığında iki önəmli vəzifənin həyata keçirilməsini – ordu birləşmələrinin və döyüş şərtlərində böyük olmayan qrupların qarşılıqlı əlaqəsinin yaxşılaşdırılması üçün böyük manevrlərin edilməsi, həmçinin əsgər və zabitlərin atıcılıq kimi fərdi bacarıqlarının yüksəldilməsini təmin edir.

Qeyd edək ki, təlimlər noyabr ayının 17-də bitəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Təlimlər  


Bizi "telegram"da izləyin