Ordu.az “CNN”-ə istinadən xəbər verir ki, Pentaqon rəhbəri Cənubi Koreyaya Tayland şahı Pxumipon Adulyadetin dəfnindən sonra gəlib.
Mettisin sözlərinə görə, ABŞ-ın məqsədi Pxenyanla hərbi münaqişə etmək deyil, əksinə Kim Çen Inın nüvə silahından imtina etməsi ilə bağlı razılıq əldə etməsidir.
"Şimali Koreya provokasiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qınandığına baxmayaraq, regional və qlobal təhlükəsizliyi təhdid etməyə davam edir” -deyə Mettis bildirib.
Növbəti həftə isə, ABŞ prezidenti Donald Trampın Cənubi Koreyaya da səfər edəcəyi Asiya turu başlayır. Hazırda, Ağ Evdə Trampın silahsızlaşdırılmış əraziyə mümkün səfəri də müzakirə olunur. Lakin, ABŞ prezidenti bu suala cavab verməkdən yayınıb.
Şimali Koreya rəhbərliyi ənənəvi olaraq, ABŞ və onun müttəfiqlərinin silahsızlaşdırılmış əraziyə səfərinə kəskin münasibət bildiriblər.
Qeyd edəık ki, Tampın Koreya yarımadasına səfəri KXDR məsələsi ətrafında vəziyyətin kəskinləşməsiylə əlaqələndirilir.
Ağalar Qəribov
Ordu.az