TDT Baş katibi: "Bugünkü konfrans yüz il əvvəl Bakıda keçirilən tarixi qurultayın davamıdır"

2026/06/Ekran-1782722840.jpg
Oxunub: 189     12:35     29 İyun 2026    
Bugünkü konfrans yüz il əvvəl Bakıda keçirilən tarixi qurultayın davamıdır.

Ordu.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində jurnalistlətə açıqlamasında deyib.

Onun sözlərinə görə, bugünkü konfransın əsası ötən il Qəbələ sammitində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qoyulub.

Baş katib hazırda türk dövlətləri arasında yüksək əməkdaşlıq və birliyin mövcud olduğunu da söyləyib: "Bu konfransın xalqlarımız arasındakı birliyə töhfə verəcəyinə inanıram".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   Türkoloji-Qurultay  


Bizi "telegram"da izləyin