Sabiq erməni deputat məhkəməyə müraciət edib: “Ermənistanın hüquq sisteminin taleyi sizin qərarlarınızdan asılıdır”

2026/06/1782570351.jpg
Oxunub: 211     18:16     27 İyun 2026    
Ermənistan parlamentinin sabiq deputatı, erməni hüquqşünas Artur Qazinyan Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət edib.

Ordu.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Qazinyan bildirib ki, 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin mübahisələndirilməsi ilə bağlı Konstitusiya Məhkəməsində keçirilən iclası yüksək peşəkar bilik və təcrübəyə malik hüquqşünaslar da diqqətlə izləyirlər.

O vurğulayıb ki, hakimlər çıxışlarını hazırlayarkən, davranışlarını və mövqelərini nümayiş etdirərkən Ermənistan Konstitusiyasını və müvafiq qanunları rəhbər tutmalıdırlar.

“Bu prosesdə siz ilk növbədə hüquq ictimaiyyəti qarşısında cavabdeh və məsuliyyət daşıyırsınız.

Ayıq-sayıq olun, diqqətli davranın, siyasi cazibələrə uymayın. Ermənistanın hüquq sisteminin və demokratiyasının gələcək taleyi sizin qərarlarınızdan asılıdır”, - deyə Qazinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazinyan  


Bizi "telegram"da izləyin