ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib - YENİLƏNİB

2026/04/1775547044.jpg
Oxunub: 282     01:06     27 İyun 2026    
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirildiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, komandanlıq bu barədə bəyanat yayıb.

Belə ki, ABŞ təyyarələri İranın raket və dron anbarlarına, eləcə də sahil radar qurğularına zərbələr endirib. Bu, İranın 25 iyunda Sinqapur bayrağı altında üzən "M/V Ever Lovely" yük gəmisinə kamikadze dron hücumundan sonra baş verib.

Komandanlıq mülki gəmiyə edilən hücumun atəşkəs rejiminin və naviqasiya azadlığının pozulması olduğunu bildirib. Qurum əlavə edib ki, Amerika qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyini təmin etməyə və İranla razılaşmalara əməl olunmasına nəzarət etməyə davam edir.

***

ABŞ qüvvələri Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid məlumatlı mənbəyə istinadən "X" sosial şəbəkəsində yazıb.

"ABŞ rəsmisi mənə bildirib ki, ABŞ ordusu Hörmüz boğazında zərbələr endirib", - o qeyd edib.

Başqa bir paylaşımda Ravid zərbələrin İranla əlaqəli hədəflərə endirildiyini yazıb.

"Mehr" agentliyi isə öz növbəsində bildirib ki, İranın cənub sahillərində, Hörmüz boğazı ərazisində partlayış səsləri eşidilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı atəşkəsi pozmaqda ittiham edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz   İran  


Bizi "telegram"da izləyin