Kir Starmer istefa verib

2026/06/1781888881.jpg
Oxunub: 256     12:41     22 İyun 2026    
Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verib.

Ordu.az xəbər verir ki, bu barədə Starmer bu gün öz çıxışında bildirib.

"Məsələ bizi növbəti ümumi seçkilərə aparmaq üçün mənim ən yaxşı namizəd olub-olmamağımdır. Mən parlamentdəki partiyamın bu suala cavabını eşitdim və onu ləyaqətlə qəbul edirəm. Qəbul etdiyim bütün qərarlar sevdiyim ölkəni birinci yerə qoymaq istəyindən irəli gəlib. Məhz buna görə də istefa verəcəyəm. Bu gün səhər Kralla (III Çarlzla) danışdım və öz qərarımı ona bildirdim", - o qeyd edib.

Starmer bildirib ki, yeni liderin seçki qrafikini müəyyən etmək üçün Leyboristlər Partiyasının Milli İcraiyyə Komitəsinə müraciət edəcək: "Namizədlərin qəbulu iyulun 9-da başlayacaq və parlamentin yay tətilinə qədər başa çatacaq".

O əlavə edib ki, xələfi seçilənə qədər Baş nazir vəzifəsini icra etməyə davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   İstefa  


Bizi "telegram"da izləyin