Bəyanatda deyilir ki, əməliyyat tələblərinə uyğun olaraq, İsrail Müdafiə Qüvvələri Livan ərazisinin təxminən 10 kilometrliyində təhlükəsiz zonada yerləşdirilib. İsrail Müdafiə Qüvvələrinin qoşunları Livanın cənubunda mövqe tutur və təhdidləri aradan qaldırmağa və İsrailin şimalındakı sakinlərin müdafiəsini gücləndirməyə davam edəcək.
Bu həftənin əvvəlində ABŞ və İran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasına çağıran anlaşma memorandumu imzalayacaqlarını edlan ediblər. İsrail memorandum üzrə danışıqlarda iştirak etməyib.
Ordu.az