Ordu.az xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casir Bakıda keçirilən IsDB Qrupunun illik toplantıları çərçivəsində bildirib.
"Daxili və xarici inkişafa yönəlmiş dayanıqlı inteqrasiya modelinə keçid arxitekturası artıq formalaşıb. Biz öz gücümüzə və imkanlarımıza etimadı bərpa etməliyik. Mövcud arsenaldan ən yaxşı alətləri təklif etməliyik ki, hər kəsin onlardan istifadə etmək imkanı olsun.
Bundan əlavə, biz özümüzə inanmalıyıq. İrimiqyaslı layihələrə qoşulmaqdan çəkinmək lazım deyil. Hesab edirəm ki, Azərbaycan məhz bu yolla irəliləmək qətiyyətində olduğunu artıq təsdiqləyib. Ümid edirəm ki, digər ölkələr də bu nümunənin ardınca gedəcəklər", - M. Əl-Casir vurğulayıb.
Ordu.az