“Qiyamət günü radiostansiyası” “Ощупывание” siqnalını yayımlayıb

2026/06/1781792404.jpg
Oxunub: 238     18:16     18 İyun 2026    
“Qiyamət günü radiostansiyası” kimi tanınan UVB-76 radiostansiyasının efirində növbəti siqnal qeydə alınıb.

Ordu.az xəbər verir ki, radiostansiya Moskva vaxtı ilə saat 10:50-də “Ощупывание” siqnalını yayımlayıb.

Bu barədə gecikmə ilə məlumat verən “УВБ-76 логи” “Telegram” kanalı radiostansiyanın bütün siqnal və mesajlarını mütəmadi olaraq dərc edir.

Məlumata görə, UVB-76 hərbi radiostansiyası 1970-ci illərdə yaradılıb. Həmin dövrdən etibarən stansiya qısa və fasiləsiz vıyıltıya bənzər siqnallar yayımlayır.

Məhz bu səbəbdən radiostansiya “Jujjalka” (Vızıldayan) adı ilə də tanınır. UVB-76-nın fəaliyyəti və vaxtaşırı yayımladığı kodlaşdırılmış siqnallar uzun illərdir hərbi ekspertlərin və radio həvəskarlarının diqqət mərkəzində qalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qiyamət-günü-radiostansiyası  


Bizi "telegram"da izləyin