KXDR heç bir halda nüvə silahından imtina etməyəcəyini açıqlayıb

2021/10/14-1633415818.jpg
Oxunub: 184     04:51     07 İyun 2026    
Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvəsizləşmə məsələsində kompromisə getməyəcək və ölkənin nüvə qüvvələrini gücləndirmək kursuna sadiq qalmaqda davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin (KMTA) istinad etdiyi Koreya Fəhlə Partiyası (KFP) Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Ye Çjonun bəyanatında deyilir.

"KXDR öz suverenliyinin təhlükəsizliyini qorumaq üçün qüvvələr paritetinin pozulmasına heç bir halda yol verməyəcək... Bu bütün dünyaya açıq siqnal verir ki, biz ölkənin müdafiəsi məsələsində zərrə qədər də kompromisə getməyəcəyik", - Kim Ye Çjon bildirib.

Onun sözlərinə görə, Şimali Koreyanın nüvə statusu məsələsində mübahisəyə yer yoxdur:

"Dövlətin ali qanunu və Konstitusiyası ilə təsbit edilmiş KXDR-in nüvə qüvvələri dövlət hakimiyyətinin və dövlət müdafiəsinin özəyidir... Biz suverenliyimiz və təhlükəsizliyimiz məsələlərində heç bir halda hər hansı təhdidlərə, hər hansı kompromislərə yol verməyəcəyik".

Sənəd Pxenyan rəhbərliyinin ötən ay keçirilən Çin-ABŞ sammitində hər iki tərəfin bir daha "ümumi məqsədi – KXDR-in "nüvəsizləşdirilməsi"ni təsdiqlədiyini" qeyd edən ABŞ Dövlət Departamentinin nümayəndəsinin açıqlamalarına reaksiyası olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə-silahı  


Bizi "telegram"da izləyin