Peruda prezident seçkilərinin ikinci turu keçiriləcək

2026/06/1780808235.jpg
Oxunub: 218     03:34     07 İyun 2026    
Peruda Mühafizəkar "Xalq Qüvvəsi" Partiyasının lideri Keyko Fujimori ilə solçu "Peru üçün Birlikdə" partiyasının namizədi Robert Sançes arasında prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ordu.az-ın məlumatına görə, seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılacaq və saat 17:00-a qədər açıq qalacaq.

Aprelin 12-də keçirilən seçkilərin birinci turunda seçicilərin 17,192 faizi Fujimoriyə, 12,039 faizi isə Sançesə səs verib.

İkinci turdan əvvəl keçirilən seçkiqabağı sorğular namizədlər arasında kiçik bir fərq olduğunu göstərdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peru   Seçki  


Bizi "telegram"da izləyin