Niger Prezidenti ROKETSAN müəssisələrini ziyarət edib

2026/06/1780591938.jpg
Oxunub: 284     20:50     04 İyun 2026    
Niger Respublikasının Prezidenti Abdurrahman Tçiani və onu müşayiət edən nümayəndə heyəti ROKETSAN-ın istehsal müəssisələrində olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsi məlumat yayıb.

Bildirilib ki, səfər müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlıq fəaliyyətləri çərçivəsində baş tutub. Nümayəndə heyəti Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan ROKETSANın imkanları ilə yaxından tanış olub.

Görüş zamanı Türkiyə müdafiə sənayesinin milli və orijinal imkanları, yüksək texnologiyalı istehsal infrastrukturu, mühəndislik potensialı və gələcəyə yönəlmiş inkişaf strategiyası Niger tərəfinə təqdim edilib.

Proqram çərçivəsində Türkiyənin müdafiə sənayesi ekosisteminin əldə etdiyi inkişaf səviyyəsi, yerli və milli sistemlərin hazırlanması yanaşması, eləcə də ROKETSAN-ın müxtəlif əməliyyat ehtiyaclarına uyğun qabaqcıl texnoloji həlləri barədə məlumat verilib.

Tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi strateji baxış çərçivəsində Türkiyə müdafiə sənayesinin artıq yalnız ölkədaxili tələbatı qarşılayan deyil, həm də dost və müttəfiq ölkələrin təhlükəsizlik arxitekturasına töhfə verən güclü ekosistemə çevrildiyi vurğulanıb.

Səfər zamanı Türkiyə ilə Niger arasında müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları da müzakirə olunub.

Tərəflər bu istiqamətdə atılacaq addımların Nigerin təhlükəsizlik ehtiyaclarının daha effektiv qarşılanmasına, regional sabitliyin gücləndirilməsinə və iki ölkə arasındakı strateji tərəfdaşlığın dərinləşdirilməsinə xidmət edəcəyini qeyd ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niger   ROKETSAN  


Bizi "telegram"da izləyin