Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin nümayəndələri ilə görüşü zamanı bildirib.
Putinin sözlərinə görə, bu əməkdaşlıq iki ölkə üçün ənənəvi xarakter daşıyır və dünyada baş verən cari hadisələrlə əlaqəli deyil.
Rusiya Prezidenti Çin Xalq Respublikasının sədri Si Cinpinlə olan münasibətlərinə də toxunub.
Onun sözlərinə görə, onlar bir-birlərini dost adlandırırlar.
“Bu, sadəcə ifadə deyil. Bizim etibarlı münasibətlərimiz var”, - deyə Putin bildirib.
Rusiya lideri əlavə edib ki, Moskva və Pekin yaxın zamanda qlobal energetika sahəsini yeni razılaşmalarla sevindirəcək.
“Əminəm ki, biz tezliklə qlobal energetika sektorunu Rusiya ilə Çin arasında əldə olunacaq yeni razılaşmalarla sevindirəcəyik”, - deyə Putin vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az