Ermənistan Hərbi Polisi bu gün “Zvartnots” hava limanında nə edirdi?

2026/06/1780591593.jpg
Oxunub: 159     20:40     04 İyun 2026    
Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisin bu gün “Zvartnots” hava limanındakı fəaliyyəti ilə bağlı açıqlama yayıb.

Ordu.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda Hərbi Polisin fəaliyyətinin “Hərbi Polis haqqında” qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Hərbi Polis qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə, o cümlədən Ermənistanın sərhəd-keçid məntəqələrində xidmət aparır.

“Bu fəaliyyət hərbi komissarlıqlara hərbi vəzifəli vətəndaşların qeydiyyata alınması, məcburi hərbi xidmətə çağırılması və ehtiyat hazırlığı tədbirlərinə cəlb olunması prosesində dəstək göstərmək məqsədi daşıyır”, - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, bu gün Hərbi Polis Ermənistana gələn kişilərə 25 günlük təlim toplanışları ilə bağlı bildirişlər təqdim edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-Polis  


Bizi "telegram"da izləyin