Ordu.az xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov "Telegram" kanalında bildirib.
"Düşmən Yampol icmasının mərkəzi hissəsinə hücum edib, nəticədə 2 nəfər ölüb. Yaralanan 4 qadın isə xəstəxanaya çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilir", - o yazıb.
O. Qriqorovun sözlərinə görə, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir, hücumun bütün təfərrüatları və nəticələri araşdırılır.
Ordu.az