Niderland NATO-nun müdafiəsini MQ-9 “Reaper” PUA-ları ilə gücləndirəcək

2026/06/1781887257.jpg
Oxunub: 220     20:35     19 İyun 2026    
Niderland hökuməti MQ-9 “Reaper” pilotsuz uçuş aparatlarından istifadə etməklə NATO-nun müdafiə imkanlarının gücləndirilməsi planlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini və müdafiə naziri Dilan Yeşilgöz-Zegerius məlumat verib.

Nazirin sözlərinə görə, qərar NATO müttəfiqləri ilə koordinasiya şəraitində qəbul olunub və Avropada ABŞ hərbi mövcudluğunun mümkün azaldılması fonunda alyansın müdafiə qabiliyyətlərinin gücləndirilməsinə xidmət edir.

O bildirib ki, Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısında ABŞ hərbi iştirakının azaldılması və kollektiv müdafiədə Avropa ölkələrinin rolunun artırılması məsələləri geniş müzakirə olunub.

Son illərdə ABŞ Avropadakı qüvvələrinin yerləşdirilməsini yenidən nəzərdən keçirir. Bu prosesə Almaniyadan bəzi qüvvələrin çıxarılması və bir sıra proqramların ixtisar edilməsi də daxildir. Vaşinqton bunu resursların yenidən bölüşdürülməsi və Avropalı müttəfiqlərin öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalı olması ilə izah edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   NATO   MQ-9   Reaper  


Bizi "telegram"da izləyin